Ursula Fon Der Layen - AB-də yetkin əhalinin 70%- i koronavirus ilə əlaqədar ən azı bir doza ilə peyvəndlənib
Ursula Fon Der Layen - AB-də yetkin əhalinin 70%- i koronavirus ilə əlaqədar ən azı bir doza ilə peyvəndlənib

 

AB-də yetkin əhalinin 70%- i koronavirus ilə əlaqədar ən azı bir doza ilə peyvəndlənib-Avropa Komissiyasının prezidenti Ursula Fon Der Layen bu barədə bildirib.

Avropa Birliyinin icraçı orqanının rəhbərinin sözlərinə görə, AB-də iki dəfə peyvənd edilmiş 18 yaşdan yuxarı insanların sayı 57%-dir.

“Euronews”-un məlumatına görə, Delta variantının yayılması səbəbindən son həftələrdə yoluxma sayı artmışdı. ÜST-nin Avropa Ofisi, Avropanın Xəstəliklərin Prevensiyası və Nəzarət Mərkəzinin məlumatına görə, Delta variantı blokun 28 ölkəsindən 19-da üstünlük təşkil edir. Hazırda ABŞ-da yetkin əhalinin 69%-i bir doza ilə, 60%-i isə tam peyvəndlənib. Britaniyada , artıq 70% -dən çoxu tam , 88 % isə bir doza ilə peyvəndlənib.

Şərh yaz