Ursula Fon Der Lainen - Şərq Partnyorluğu ölkələri ilə və onların arasında, Gürcüstanla münasibətlərimizi möhkəmləndirməliyik
Ursula Fon Der Lainen - Şərq Partnyorluğu ölkələri ilə və onların arasında, Gürcüstanla münasibətlərimizi möhkəmləndirməliyik

Avropa Şurasının gələcəyi onun qonşuları və partnyorları ilə bağlıdır, – bu barədə Avrokomissiyanın seçilmiş prezidenti Ursula Fon Der Lainen, Avropa Şurasının genişlənməsi və qonşuluq siyasəti üzrə avrokomissar namizədi Oliver Vargeiaya göndərdiyi məktubda deyilir.

Ursula Fon Der Lainenin bəyanatına görə, vəzifəyə seçildiyi təqdirdə, Oliver Vargeia Gürcüstan da daxil olmaqla, Şərq Partnyorluğunun 6 ölkəsi əlaqələri möhkəmləndirməlidir.

Avrokomisiyanın prezidenti bəyan etdi ki, aparılan konsultasiyaların nəticələrinə əsasən, 2020-ci ildə, uzunmüddətli siyasi məqsədlər planı hazırlanacaq.

O qeyd etdi ki, əsas diqqət qanunun aliliyinə, korrupsiya ilə mübarizəyə, müstəqil medya vasitələri və vətəndaş fəallığına yetiriləcək.

“Aİ bütün fəal qonşuları ilə sıx əməkdaşlıq etməlidir və önəmli islahatların keçirilməsində onlara dəstək verməlidir” – deyilir Ursula Fon Der Lainenin məktubunda.