Universitet-Baqebini birləşdirən kanat yolu sabahdan işləyəcək
Universitet-Baqebini birləşdirən kanat yolu sabahdan işləyəcək

Paytaxtda sabahdan Universitet-Baqebini birləşdirən kanat yolu işləyəcək. Məlumatı Tbilisi Meriyası yayır.

“Kanat yolunun uzunluğu 320 metri təşkil edir və qondola 50 insanı daşıya bilər. Bir saat ərzində, kanat yolu birtərfli hərəkəti zamanı 600 insanın daşınmasını tmin edir, səyahətin müddəti isə, dörd dəqiqədən artıq sürmür”, – Tbilisi Meriyasının məlumatında deyilir.

Elə onların bəyan etdiyinə görə, yeni kanat yolundan əhali sabahdan, saat 08:00-dan saat 20:00-a qədər istifaqə edə bilərlər. Biletin qiyməti bir larini təşkil edir və onu da yolçuluq və bank kartla ilə ödəmək mümkündür. Kanat yolu ilə yolçuluq tələbələr üçün pulsuzdur.