Ümümdünya Səhiyyə Təşkilatının baş direktoru bəyan etdi ki, Gürcüstana vaksinaların tez zamanda daxil olması üçün dəstək verməyə hazırdır
Ümümdünya Səhiyyə Təşkilatının baş direktoru bəyan etdi ki, Gürcüstana vaksinaların tez zamanda daxil olması üçün dəstək verməyə hazırdır

Gürcüstanın baş naziri Giorgi Qaxaria və Ümümdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanu Qabreisus arasında telefon söhbəti baş tutdu.

Ümümdünya Səhiyyə Təşkilatının baş direktoru, virusun yayılmasının prevensiyası üçün Gürcüstan iqtidarı tərəfindən həyata keçirilən tədbirləri yüksək dəyərləndirdi.

Söhbət zamanı, hospital sektorda yaranan vəziyyətə də diqqət yetirildi.

Baş Nazir qeyd etdi ki, Gürcüstan gələcəkdə də Ümümdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığa davam edəcək.

Ümümdünya Səhiyyə Təşkilatının rəhbəri isə, öz növbəsində, bəyan etdi ki, Gürcüstana vaksinaların tez zamanda daxil olması üçün gərəkən dəstək verməyə hazırdır

Bu haqda məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.