Ümümdünya Səhiyyə Təşkilatı "Sinofarm" və "Sinovak" vaksinalarının təsdiqlənməsi məsələsini aprelin sonunda müzakirə edəcək
Ümümdünya Səhiyyə Təşkilatı "Sinofarm" və "Sinovak" vaksinalarının təsdiqlənməsi məsələsini aprelin sonunda müzakirə edəcək

Ümümdünya Səhiyyə Təşkilatı “Sinofarm” və “Sinovak” vaksinalarının təsdiqlənməsi məsələsini aprelin sonunda müzakirə etməyi planlayır.

“Royter” agentliyinin məlumatına görə, bu haqda bəyanatı təşkilatın mətbuat katibi Marqaret Harris verib. Marqaret Harisin dediyinə görə, Ümumdünya Səhiyyə Təşkilatı vaksinalarla bağlı əlavə məlumat toplayır.

“Bu proses ümid etdiyimiz qədər tez olmur, çünki bizə daha çox məlumat və göstəricilər lazımdır”, – dedi təşkilatın nümayəndəsi.

Bu vaxt üçün ÜST “Fayzer”, “Astrazeneka”, “Biontek” və “Conson end Conson” vaksinalarını təsdiqləyib.

Şərh yaz