Ukraynanın Gürcüstandakı səfiri - Rusiyaya müraciət etmək istəyirəm, başımızı buraxın, Gürcüstan və Ukraynaya sizin qəyyumluğunuz heç nəyinə lazım deyil
Ukraynanın Gürcüstandakı səfiri - Rusiyaya müraciət etmək istəyirəm, başımızı buraxın, Gürcüstan və Ukraynaya sizin qəyyumluğunuz heç nəyinə lazım deyil

Ukraynanın Gürcüstandakı səfiri və Ukrayna Müdafiə nazirinin keçmiş müavini, İqor Dolqov Avropa Şurasında Rusiya üçün səsvermə hüququnun bərpasını, Avropa demokratiyası və dəyərlərinə xəyanət kimi dəyərləndirir. O, əmindir, Avropa Şurasının siyasi elitası tezliklə dərk edəcək ki, nə qədər böyük səhv buraxılıb.

Səfirin dediyinə görə, təsədüfi deyil ki, Rusiyanın qayıtmasına səsi, hökumətinin bir hissəsinin Valdimir Putin ilə yaxın olan ölkələr verdilər.

Rusiya Federasiyasının qayıtmasına qarşı Gürcüstan, Ukrayna, Litva, Latviya, Estoniya, Polşa, İsveç və Birləşmiş Krallıq səs verdilər.

“Siz gördünüz ki, Dumanın rus diplomatı, Qavrilovun Gürcüstana gəlməsinə görə, xalqın hansı reaksiyası var idi. Rusiyaya müraciət etmək istəyirəm, Gürcüstan və Ukraynaya sizin qəyyumluğunuz heç nəyinə lazım deyil. Başımızı buraxın, öz işimizlə özümüz məşğul olacağıq və yaxşı olar ki, əl çəkəsiniz! Bizə sizin kimi “dost” lazım deyil!”, – Ukraynalı diplomat bəyan edir.

Gürcüstan və Ukrayna heyətinin tam tərkibi, Rusiyanın Avropa Şurasının Parlament Assambleyasına geri qayıtması qətnaməsinə qarşı səs verdilər.