Ukraynada son 24 saat ərzində koronavirusun 8 325 yeni halı aşkar edildi, 6 626 pasiyent müalicə olunaraq sağaldı
Ukraynada son 24 saat ərzində koronavirusun 8 325 yeni halı aşkar edildi, 6 626 pasiyent müalicə olunaraq sağaldı

Ukraynada son 24 saat ərzində koronavirusun 8 325 halı aşkar edildi, 116 pasiyent vəfat etdi.

Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 6 626 pasiyent müalicə olunaraq sağaldı.

Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 964 448 halı təsdiq olunub, 16 585 pasiyent vəfat edib, 581 162 insan müalicə olunaraq sağalıb.