Ukraynada son 24 saat ərzində koronavirusun 6 451 yeni halı aşkar edildi, 93 pasiyent vəfat etdi
Ukraynada son 24 saat ərzində koronavirusun 6 451 yeni halı aşkar edildi, 93 pasiyent vəfat etdi

Ukraynada son 24 saat ərzində koronavirusun 6 451  halı aşkar edildi, 93 pasiyent vəfat etdi.

Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 5 154 pasiyent müalicə olunaraq sağaldı.

Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 900 666 halı təsdiq olunub, 15 247 pasiyent vəfat edib, 506 718 insan müalicə olunaraq sağalıb.