Ukraynada son 24 saat ərzində koronavirusun 14 580 yeni halı aşkar edildi
Ukraynada son 24 saat ərzində koronavirusun 14 580 yeni halı aşkar edildi

Ukraynada son 24 saat ərzində koronavirusun 14 580 halı aşkar edildi, 210 pasiyent vəfat etdi.

Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 7 989 pasiyent müalicə olunaraq sağaldı.

Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 612 665 halı təsdiq olunub, 10 813 pasiyent vəfat edib, 282 313 insan müalicə olunaraq sağalıb.