Ukraynada son 24 saat ərzində koronavirusun 11 590 yeni halı aşkar edildi, 167 pasiyent vəfat etdi
Ukraynada son 24 saat ərzində koronavirusun 11 590 yeni halı aşkar edildi, 167 pasiyent vəfat etdi

Ukraynada son 24 saat ərzində koronavirusun 11 590 halı aşkar edildi, 167 pasiyent vəfat etdi.

Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 6 048 pasiyent müalicə olunaraq sağaldı.

Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 813 306 halı təsdiq olunub, 13 588 pasiyent vəfat edib, 418 581 insan müalicə olunaraq sağalıb.