Ukraynada son 24 saat ərzində koronavirusun 10 811 yeni halı aşkar edildi, 195 pasiyent vəfat etdi
Ukraynada son 24 saat ərzində koronavirusun 10 811 yeni halı aşkar edildi, 195 pasiyent vəfat etdi

Ukraynada son 24 saat ərzində koronavirusun 10 811 halı aşkar edildi, 195 pasiyent vəfat etdi.

Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 12 860 pasiyent müalicə olunaraq sağaldı.

Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 832 758 halı təsdiq olunub, 13 928 pasiyent vəfat edib, 436 564 insan müalicə olunaraq sağalıb.