Ukraynada, Kuveytdə və Vatikanda Gürcüstanın yeni səfirləri var
Ukraynada, Kuveytdə və Vatikanda Gürcüstanın yeni səfirləri var

Ukraynada, Kuveytdə və Vatikanda Gürcüstanın yeni səfirləri var.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynaya səfir olaraq, Teymuraz Şaraşenidze, Kuveytə Konstantine Jğenti, Vatikana isə, Ketevan-Baqrationi Muxranbatoni təyin edildi.

Teymuraz Şaraşenidze 1996-cı ildən Gürcüstanın diplomatik xidmətində müxtəlif vəzifələrdə çalışıb. 2011-2018-ci illərdə Azərbaycan Respublikasında Gürcüstanın səfiri olub. O həmçinin, Levan Mikeladze adına diplomatik  təhsil və tədqiqat mərkəzinin tədqiqatçısıdır.

Konstantine Jğentidə Gürcüstanın diplomatik xidmətində müxtəlif vəzifələrdə çalışıb. 1997-200-ci illərdə, Gürcüstanın İtaliyadaki səfiri olub. 2004-2005-ci ildə, Avstriya və Macarıstanda səfir olub. 2013-2018-ci illırdı Özbəkistanda Gürcüsatnın fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O həmçinin, XİN-də, Avropa və Amerika ölkələri departamentinin direktoru olub. 2018-ci ildən bugünə qədər Levan Mikeladze adına diplomatik  təhsil və tədqiqat mərkəzinin tədqiqatçısıdır.

Ketevan Bqrayioni Muxranbatoni isə, 2004-cü ildən 2-14-cü ilə qədər vatikanda səfir idi. 1995-ci ildə, ona fəxri Gürcüstan vətəndaşlığı verildi. 1991-2004-cü illərdə o “Müqəddəs Giorgi qalxanı” adına İtalyan-gürcü  asosiyasiyasının prezidenti idi.

Şərh yaz