Ukraynada koronavirusun 9 699 yeni halı aşkar edildi, 209 insan vəfat etdi
Ukraynada koronavirusun 9 699 yeni halı aşkar edildi, 209 insan vəfat etdi

Son 24 saat ərzində koronavirusun 9 699 halı aşkar edildi, 209 pasiyent vəfat etdi.

Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 11 803 pasiyent müalicə olunaraq sağaldı.

Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 1 055 047 halı təsdiq olunub, 18 533 pasiyent vəfat edib, 709 993 insan müalicə olunaraq sağalıb.

Şərh yaz