Ukraynada koronavirusun 9 642 yeni halı aşkar edildi, 264 pasiyent vəfat etdi
Ukraynada koronavirusun 9 642 yeni halı aşkar edildi, 264 pasiyent vəfat etdi

Son 24 saat ərzində koronavirusun 9 642 halı aşkar edildi, 264 pasiyent vəfat etdi.

Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 6 202 pasiyent müalicə olunaraq sağaldı.

Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun bir milyon 477 mindən artıq halı təsdiq olunub, 28 697 pasiyent vəfat edib, bir milyon 232 mindən artıq insan müalicə olunaraq sağalıb.