Ukraynada koronavirusun 8 513 yeni halı aşkar edildi, 232 insan vəfat etdi
Ukraynada koronavirusun 8 513 yeni halı aşkar edildi, 232 insan vəfat etdi

Ukraynada son 24 saat ərzində koronavirusun 8 513 halı aşkar edildi, 232 pasiyent vəfat etdi.

Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 14 020 pasiyent müalicə olunaraq sağaldı.

Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 979 506 halı təsdiq olunub, 16 897 pasiyent vəfat edib, 600 288 insan müalicə olunaraq sağalıb.