Ukraynada koronavirusun 11 490 yeni halı aşkar edildi, 223 insan vəfat etdi
Ukraynada koronavirusun 11 490 yeni halı aşkar edildi, 223 insan vəfat etdi

Ukraynada koronavirusa yoluxma hallarının sayı bir milyonu aşdı. Son 24 saat ərzində koronavirusun 11 490 halı aşkar edildi, 223 pasiyent vəfat etdi.

Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 15 775 pasiyent müalicə olunaraq sağaldı.

Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 1 001 132 halı təsdiq olunub, 17 395 pasiyent vəfat edib, 631 435 insan müalicə olunaraq sağalıb.