Ukrayna və Rusiya nümayəndələri qazın tranziti ilə bağlı sənədlərin imzalanması prosesinə başladılar
Ukrayna və Rusiya nümayəndələri qazın tranziti ilə bağlı sənədlərin imzalanması prosesinə başladılar

Ukrayna və Rusiya nümayəndələri Avstriya paytaxtında, qazın tranziti ilə bağlı sənədlərin imzalanması prosesinə başladılar.

Ukrayna Ədliyyə naziri, Denis Malyuska imzalanmanı əks etdirən fotonu “feysbukda” paylaşdı.

“Naftogazın” rəhbəri, Andrey Kobolyovun bəyan etdiyinə görə, Rusiya ilə danışıqlar nəticəsində üç sənəd işlənib hazırlandı.

Vyanada danışıqların yeni raundu dekabrın 26-da başladı.