Ukrayna Radası deputatların immunitetini ləğv etdi
Ukrayna Radası deputatların immunitetini ləğv etdi

Ukrayna Radası deputatların immunitetini ləğv etdi. Konstitusiya dəyişiklikləri 2020-ci ildən qüvvəyə minəcək. Dəyişikliklər qanunlayihəsini hələ 2017-ci ildə Petro Poroşenko təqdim etdi. Qanunlayihəni 373 deputat dəstəklədi.

Dəyişikliklərin qüvvəyə minməsindən sonra, 2020-ci il yanvarın birindən, Ukrayna deputatlarına qarşı cinayət təqibi, Radanın icazəsi olmadan mümkün olacaq.