Ukrayna MSK-nın göstəricilərinə görə, Vladimer Zelenskinin partiyası 42 faizlə liderlik edir
Ukrayna MSK-nın göstəricilərinə görə, Vladimer Zelenskinin partiyası 42 faizlə liderlik edir

Ukrayna Mərkəzi Komissiyasının ilkin göstəricilərinə görə, bülletenlərin 30 faizi hesablanıb və ona da uyğun olaraq Radaya beş partiya düşəcək.

Səslərin 42 faizi ilə prezidenti Vladimer Zelenskinin partiyası liderlik edir. Birmandatlı dairələrə gəldikdə, burada Zelenskinin partiyası 42.11 faiz ilə liderlik edir.

Gürcüstanın keçmiş prezidenti, Mixeil Saakaşvilinin partiyası majoritar dairələrdə 0,47 faiz topladı.

O ki, qaldı aktivliyə, seçkilərdə seçicilərin 49,84 faizi iştirak etdi.