Ukrayna İnfrastruktur və Nəqliyyat naziri - Gürcüstan ilə hava gediş-gəlişini iyulun birindən planlaşdırırıq
Ukrayna İnfrastruktur və Nəqliyyat naziri - Gürcüstan ilə hava gediş-gəlişini iyulun birindən planlaşdırırıq

Ukrayna Gürcüstan ilə hava gediş-gəlişini iyulun birindən bərpa edəcək, – bu barədə Ukrayna İnfrastruktur və Nəqliyyat naziri, Vladislav Krikli Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava ilə keçirilən onlayn görşdən sonra öz “feysbuk” səhifəsində yazdı.

Ukrayna İnfrastruktur və Nəqliyyat nazirinin bəyan etdiyinə görə, Ukrayna müxtəlif ölkələrin hökumətləri ilə beynəlxalq uçuşların bərpası barəsində danışıqlara başladı.

“Bir iyuldan Gürcüstan-Ukrayna arasında ilk uçuların başlamasını planlaşdırırıq”, – Vladislav Krikli yazır.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava Ukrayna İnfrastruktur və Nəqliyyat naziri ilə onlayn görüşü iki gün bundan əvvəl keçirdi.

Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.

 

Şərh yaz