Ukrayna baş prokuroru prezidentə istefası barəsində müraciət etdi
Ukrayna baş prokuroru prezidentə istefası barəsində müraciət etdi

Ukrayna baş prokuroru prezidentə istefası barəsində müraciət etdi. Buna qədər Yuri Lutsenkonun istefası məsələsini Ukrayna Ali Radası səsə qoydu, lakin dəstəkləmədi.

Lutsenko ətrafında yaranmış qalmaqal, mülki fəal, Ekaterine Qandzyukun qətli işinin istintaqı ilə bağlıdır. Lutsenko təsdiq edir ki, hüquqmühafizəçilərin fəaliyyətinə qarışma hallarına artıq dözə bilməz və buna görə istefa verməyə hazırdır. Rada Lustenkonun istefasını istəmədi, buna görə də o, istefa barəsində prezidentə müraciət etdi.

Lutsenkonun idarəsinə və ümumiyyətlə Ukrayna hüquqmühafizəçi orqanlarına qarşı narazılıq çoxdandır ki, mövcuddur. Onları tez-tez mülki fəallara qarşı hücumda təqsirləndirirlər.