Ukrayna Abxaziya və Sxinvali işğal rejiminin nümayəndələrinə sanksiyalar qoydu
Ukrayna Abxaziya və Sxinvali işğal rejiminin nümayəndələrinə sanksiyalar qoydu

Ukrayna Abxaziya və Sxinvali işğal rejiminin nümayəndələrinə sanksiyalar qoydu.

Ukrayna iqtidarı tərəfindən təsdiqlənən “Qara siyahıya” Abxaziya qondarma mərkəzi seçki komisiyasının sədri Tamaz Qogia, qondarma parlanetin üzvü Almasxan Ardzinba və qondarma Xarici İşlər Nazirliyinin fövqəladə tapşırıqlar üzrə səfiri Oleq Arşba düşüblər.

Həmçinin, sanksiyalar Sxinvali işğal rejiminin nümayəndələrinə də qoyuldu. Bunlar qondarma prezident administrasiyasının rəhbəri İqor Kozaev, qondarma parlamentin vitse-spikeri Ruslan Tedeyev, qondarma deputatlar Baxva Tedeyev və İqor Çoçiyev və həmçinin, prezidentin yardımçısı Davit Qazatidir.

Qeyd olunan şəxslərə qarşı sanksiyalar Donbasa seçkilərdə müşahidəçi olaraq, getdikləri üçün qoyuldu.

Ukrayna iqtidarı bəyan edir ki, qara siyahıya düşən şəxslərin Ukraynadaki hesablarına qadağan qoyulacaq və ölkə ərazisinə daxil olmaq da qadağan ediləcək.

Sanksiyalar üç il qüvvədə olacaq.