Uhanda bir gündə Covid 19-la əlaqədar milyondan artıq test aparılıb
Uhanda bir gündə Covid 19-la əlaqədar milyondan artıq test aparılıb

 

 

Covid 19 pandemiyasının ilk olaraq yayıldığı ,Çinin Uhan şəhərində bu gün koronavirusla əlaqədar milyondan artıq test aparılıb.Bu barədə məlumatı BBC yayır.

Uhanda kütləvi şəkildə testlərin aparılmasına ,şəhərdə yeni yoluxma klasterlərinin qeydə alınmasından sonra  başlanılıb.Covid 19-la əlaqədar testləri  nuklein turşusu testi vasitəsi ilə aparırlar.

Yerli hakimiyyət sakinlərə söz verir ki, on gün ərzində  hər bir şəhər sakini testdən  keçiriləcək. Uhanda cəmdə 11 milyon insan yaşayır.

Hazırladı-Sevinc Mustafayeva