Ues Mitçel - Bugün biz okkupasiya xəttinin yanına Rusiya iqtidarına və dünyaya 2008-ci ildə burada baş verən hadisələri unutmadığımızı xatırlatmağa gəldik
Ues Mitçel - Bugün biz okkupasiya xəttinin yanına Rusiya iqtidarına və dünyaya 2008-ci ildə burada baş verən hadisələri unutmadığımızı xatırlatmağa gəldik

Bugün okkupasiya xəttinin yanına Rusiya iqtidarına və bütün dünyaya, 2008-ci ildə, Gürcüstanda ba verən hadisələri unutmadığımızı xatırlatmaq üçün yığılmışıq – bu bəyanatı ABŞ Dövlət Katibinin müavini Ues Mitçel okkupasiya xəttinin yanında yerləşən Odzisi kəndində verdi, hansına Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze ilə bərabər getdi.

Mitçel bəyan etdi ki, okkupasiya xəttini beynəlxalq sərhəd olaraq, qəbul etmir.

“On il bundan öncə, burada müharibə olmuşdu və biz indi buraya Rusiya iqtidarına xatırlatmağa gəldik ki, bütün dünya burada baş verən hadisələri unutmayıb. Bu xəttin digər tərəfində yaşayan insanların taleyi üçün də narahat oluruq. Gürcüstan vətəndaşlarının həbs edilməsi, döyülməsi və işkəncə edilməsi faktlarını qınayırıq” – dedi Mitçel.

Mitçel Rusiyayı 2008-ci ilin atəşkəs razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır.