Türkiyədə son bir gün ərzində koronavirusun 3 223 yeni halı aşkar edildi, 89 pasiyent vəfat etdi
Türkiyədə son bir gün ərzində koronavirusun 3 223 yeni halı aşkar edildi, 89 pasiyent vəfat etdi

Türkiyədə son bir gün ərzində koronavirus 3 223 insanda təsdiq olundu. Müvafiq məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son bir gündə Türkiyədə koronavirusdan 89 pasiyent vəfat etdi.

Yerli medianın məlumatına görə, xəstəliyin yayılmasından bu günə qədər, Türkiyədə koronavirusun 414 278 halı qeydə alınıb, 11 507 pasiyent vəfat edib, 353 663 pasiyent müalicə olunaraq sağalıb.

Türkiyə Səhiyyə naziri, Fahrettin Koca ictimaiyyətə müraciət etdi ki, virusun yayılmasının qarşısının alınması məqsədilə, təhlükəsizlik tədbirlərini müdafiə etsinlər.