Türkiyədə son bir gün ərzində koronavirusun 2 841 yeni halı aşkar edildi, 88 pasiyent vəfat etdi
Türkiyədə son bir gün ərzində koronavirusun 2 841 yeni halı aşkar edildi, 88 pasiyent vəfat etdi

Türkiyədə son bir gün ərzində koronavirus 2 841 insanda təsdiq olundu. Müvafiq məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son bir gündə Türkiyədə koronavirusdan 88 pasiyent vəfat etdi.

Yerli medianın məlumatına görə, xəstəliyin yayılmasından bu günə qədər, Türkiyədə koronavirusun 404 894 halı qeydə alınıb, 11 233 pasiyent vəfat edib.

Bununla yanaşı, son 24 saat ərzində koronavirusu üzrə test 148 mindən artıq vətəndaşa edildi.

Hazırda xəstəxanalarda olan pasiyentlərdən 3 230-un vəziyyəti ağırdır.