Türkiyədə son bir gün ərzində koronavirusun 2 516 yeni halı aşkar edildi
Türkiyədə son bir gün ərzində koronavirusun 2 516 yeni halı aşkar edildi

Türkiyədə son bir gün ərzində koronavirus 2 516 insanda təsdiq olundu. Müvafiq məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son bir gündə Türkiyədə koronavirusdan 84 pasiyent vəfat etdi.

Yerli medianın məlumatına görə, xəstəliyin yayılmasından bu günə qədər, Türkiyədə koronavirusun 395 255 halı qeydə alınıb, 10 887 pasiyent vəfat edib.