Türkiyədə son 24 saat ərzində koronavirusun 1 642 yeni halı aşkar edildi
Türkiyədə son 24 saat ərzində koronavirusun 1 642 yeni halı aşkar edildi

Türkiyədə son 24 saat ərzində koronavirusun 1 642 yeni halı aşkar edildi.

Türkiyə Səhiyyə naziri, Fahrettin Kocanın brifinqdə bəyan etdiyinə görə, son bir gün ərzində virusdan 49 pasiyent vəfat etdi. 1 211 virusa yoluxan pasiyent isə, müalicə olunaraq sağaldı.

Yerli medianın məlumatına görə, xəstəliyin yayılmasından bu günə qədər, Türkiyədə koronavirusun cəmi 274 943 halı qeydə alınıb, 6 511 insan vəfat edib, 248 087 pasiyent müalicə olunaraq sağalıb.