Türkiyədə son 24 saat ərzində koronavirusun 1 212 halı qeydə alındı, 18 insan vəfat etdi
Türkiyədə son 24 saat ərzində koronavirusun 1 212 halı qeydə alındı, 18 insan vəfat etdi

Türkiyədə son 24 saat ərzində koronavirusun 1 212 halı qeydə alındı.

Virus nəticəsində son bir gün ərzində 18 insan vəfat etdi və virusdan vəfat edənlərin sayı 5 891-ə çatdı.

Türkiyə Təhsil nazirinin bəyan etdiyinə görə, ölkə miqyası ilə məktəblər 21 sentyabrdan açılacaq, ona qədər isə, tədris distansiya rejimində 31 avqustan bərpa olunacaq.