Türkiyədə son 24 saat ərzində koronavirusun 1 148 halı aşkar edildi
Türkiyədə son 24 saat ərzində koronavirusun 1 148 halı aşkar edildi

Türkiyədə son 24 saat ərzində koronavirusun 1 148 yeni halı aşkar edildi. Bu barədə məlumatı “Anadolu” informasiya agentliyi yayır.

Epidemiyanın başlamasından bu günə qədər Türkiyədə koronavirusun 205 758 halı aşkar edilib. Buradan 180 680 nəfər artıq sağalıb.

Son 24 saat ərzində koronavirusdan 19 insan vəfat edib. Ölkədə virusdan vəfat edənlərin sayı 5 225-ə çatır.