Türkiyədə son 24 saat ərzində, koronavirusdan 17 nəfər həyatını itirdi
Türkiyədə son 24 saat ərzində, koronavirusdan 17 nəfər həyatını itirdi

Türkiyədə son 24 saat ərzində, koronavirusdan 17 nəfər həyatını itirib.

Bu barədə məlumatı Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca yayır.

Onun dediyinə görə, Türkiyədə koronavirusun qeydə alındığı gündən bu günə qədər, koronavirusdan 92 nəfər həlak olub.

Bununla yanaşı, son 24 saat ərzində, virusa yoluxanların sayı 2069 nəfərlə artdı və 5698 nəfəri təşkil edir.

Türkiyə iqtidarı virusun hansı şəhərdə daha çox yayıldığı ilə bağlı məlumat verməkdən baş qaçırdır.

Səhiyyə nazirinin dediyinə görə, bunun səbəbi odur ki, insanlar panikaya qapılıb, qaldıqları şəhərdən qaçmaq istəyə bilərlər və beləliklə virusun daha da çox yayılmasına yol aça bilərlər.