Türkiyədə son 24 saat ərzində koronavirusa 26 410 nəfər yoluxub, 246 pasient həlak olub
Türkiyədə son 24 saat ərzində koronavirusa 26 410 nəfər yoluxub, 246 pasient həlak olub

Türkiyədə COVİD-19 pandemiyası nəticəsində bir gündə həlak olanların sayı rekord göstəriciyə çatdı.

Ötən 24 saat ərzində, ölkədə həlak olanların sayı 246 oldu.

Bugündə qədər koronavirusdan həlak olanların ümumi sayı isə, 17 610-dir.

Türkiyənin Səhiyyə Nazirinin bəyanatına görə, Türkiyədə son 24 saat ərzində koronavirusa 26 410 nəfər yoluxub.

Pandemiyanın başladığından bugünə qədər isə, ümumilikdə 1 982 090 hal qeydə alınıb.