Türkiyədə polisin 129 keçmiş əməkdaşının həbs orderi verildi
Türkiyədə polisin 129 keçmiş əməkdaşının həbs orderi verildi

Fətullah Gülənin təşkilatı ilə əlaqədə ittihamı ilə, Türkiyədə polisin 129 keçmiş əməkdaşının həbs olunması orderi verildi.

Türk mətbuatının məlumatına görə, xüsusi əməliyyat eyni zamanda 21 vilayətdə həyata keçirilir və artıq 60 nərəf yaxalanıbdır.

Türk mətbuatı yazır ki, 2016-cı ildə hərbi çevriliş zamanı Gülənin təşkilatı üzvləri ByLock mobil proqramından istifadə edirdilər. 

Türkiyə hakimiyyəti Fətullah Gülənin təşkilatını dövlət çevrilişinin hazırlanması və həyata keçirilməsi cəhdində günahlandırır.