Türkiyədə koronavirusun 9 138 yeni halı təsdiq olundu, 176 pasiyent vəfat etdi
Türkiyədə koronavirusun 9 138 yeni halı təsdiq olundu, 176 pasiyent vəfat etdi

Türkiyədə son 24 saat ərzində koronavirusun 9 138 yeni halı təsdiq olundu, 8 103 pasiyent müalicə olunaraq sağaldı. Ölkədə son bir gündə virusdan 176 insan vəfat etdi.

Bu günki göstəricilərlə, ölkədə virusa yoluxmanın 2.32 milyon halı qeydə alınıb, 2.19 milyon pasiyent müalicə olunaraq sağalıb.

Cəmi, epidemiyanın başlamasından bu günə qədər, Turkiyədə koronavirusdan 22 807 pasiyent vəfat edib.