Türkiyədə koronavirusun 3 116 yeni halı aşkar edildi
Türkiyədə koronavirusun 3 116 yeni halı aşkar edildi

Türkiyədə son bir gün ərzində koronavirusun 3 116 yeni halı aşkar edildi. Müvafiq məlumatı “Anadolu” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 2 298 insan müalicə olunaraq sağaldı, 88 pasiyent isə, vəfat etdi.

Yerli medianın məlumatına görə, xəstəliyin yayılmasından bu günə qədər, Türkiyədə koronavirusun 411 055 halı qeydə alınıb, 351 102 pasiyen müalicə olunaraq sağalıb, 11 418 pasiyent vəfat edib.