Türkiyədə koronavirusun 1 587 yeni halı aşkar edildi, 44 pasiyent vəfat etdi
Türkiyədə koronavirusun 1 587 yeni halı aşkar edildi, 44 pasiyent vəfat etdi

Türkiyədə son 24 saat ərzində koronavirusun 1 587 yeni halı aşkar edildi. Bu isə, iyunun ortalarından ən yüksək gündəlik qeydə alınan göstəricidir.

“Tvitter” sosial şəbəkəsində Türkiyə Səhiyyə naziri, Fahrettin Kocanın yazdığına görə, son bir gün ərzində Türkiyədə koronavirusdan 44 pasiyent vəfat etdi. Virusa yoluxan 1 087 insan isə, müalicə olunaraq sağaldı.

Virusun yayılmasından bu günə qədər, Türkiyədə koronavirusa yoluxmanın cəmi 270 133 halı qeydə alınıb, 244 926 pasiyent müalicə olunaraq sağalıb, 6 370 insan vəfat edib.