Türkiyədə ilkin göstəricilərə görə, Ərdoğan qalib gəldi
Türkiyədə ilkin göstəricilərə görə, Ərdoğan qalib gəldi

Türkiyədə vaxtından əvvəl prezident və parlament seçkilərində ilkin göstəricilərə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58.24 faiz ilə, qalib gəldi.

Onun əsas rəqibi, “Respublika partiyasının” lideri, Muharrem İnce seçicilərin  27.35 faizini topladı.

Qalan səslər bu cür bölüşdürüldü: Meral Akşener – 7.56%, Selahattin Demirtaş -5.73%, Temal Karamollaoğlu – 5.73%, Doğu Perinçek– 0.18%.

Parlament seçkilərində 8 siyasi partiya iştirak edirdi. Onlardan hakim, Ədalət və İnkişaf Partiyası 54.71 %, Milliyyətçi Hərəkat Partiyası -13.17%, Yaxşı Partiya 8.18 %, Xalq Demokrat Partiyası – 6.94% topladı.

Bu gün Türkiyədə vaxtından əvvəl prezident və parlament seçkiləri keçirildi. Seçkilərindən sonra, Türkiyə prezident idarəçiliyinə keçir.