Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı artdı
Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı artdı

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 29-a artdı. 1500-ə qədər insan xəsarət alıb. Məlumatı ölkənin Fövqəladə Hallar İdarəsi yayır.

Bununla yanaşı, xilasedicilər uçuntular altından 43 insanı xilas edə bildilər.

6,8 bal gücündə zəlzələ Türkiyədə yanvarın 24-də axşam baş verdi. Bundan sonra 220-dən artıq təkrar təkanlar qeydə alındı.