Türkiyədə Erdoğanın  və onun əsas rəqibi Muharrem İnceyi dəstəkləyən mitinqlər eyni zamanda keçirlir [Foto]
Türkiyədə Erdoğanın və onun əsas rəqibi Muharrem İnceyi dəstəkləyən mitinqlər eyni zamanda keçirlir [Foto]

Türkiyədə İstanbulun mərkəzində, prezident Rəcəp Tayyip Erdoğanı dəstəkləyən mitinq keçirilir.

Erdoğan Türkiyə əhalisinə iqtisadi sabitlik və demokratik ölkədə yaşamağı vəd edir.

Rəcəp Tayyip Erdoğan Türkiyənin baş nazir vəzifəsini 2003-cü ildən 2017-cü ilə qədər tuturdu. 2014-cü ildə isə, Türkiyə prezidenti oldu.

Rəcəp Tayyip Erdoğanın dəstəkçiləri ilə paralel olaraq, olduqca geniş miqyaslı aksiya müxalifətin prezidentliyə namizədi olan Muharrem İnceyi dəstəkləmək üçün keçirilir.

Muharrem İnce Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsinin sekulyarizmin və demokratik proseslərin tərəfdarı olan bir siyasətçidir.

Türkiyənin prezident seçkilərində altı namizəd iştirak edir. Onlardan biri Selahattin Demirtaşdır, hansı ki, 2016-cı ildən həbsdədir.

Namizədlər arasında qadın namizəd Meral Akşenerdə var.

Prezident seçkilərindən bir gün öncə, namizədlər tərəfdarları ilə görüşürlər və onlara öz seçki proqramlarını yenə bir daha təqdim edirlər.