Türkiyədə deyirlər ki, Donald Trampın məktubunu zibilliyə atıblar
Türkiyədə deyirlər ki, Donald Trampın məktubunu zibilliyə atıblar

Biz onun məktubunu zibilliyə atdıq, – Türkiyə yüksək vəzifəlisi, Donald Tramp tərəfindən Ərdoğana göndərilən məktuba cavab olaraq bəyan etdi. Məlumatı Londonda təsis olunmuş “Yeni Şərqin Gözü” informasiya agentliyi yayır.

İnformasiya agentliyinin məlumatına görə, türk yüksəkvəzifəlisi müsahibəsində öz kimliyini açıqlamaqdan tərəddüd edir.

ABŞ prezidenti Donald Tramp oktyabrın 9-da Ərdoğana yazdığı məktubda, Türkiyəyə Suriyada hərbi əməliyyatın mümkün nəticələri barəsində xəbərdarlıq verirdi.

“Kobud olma, axmaq olma”, – Tramp Ərdoğana yazırdı.