Türkiyə Suriya hökumət mövqelərinə miqyaslı hücumlar barəsində məlumat yayır
Türkiyə Suriya hökumət mövqelərinə miqyaslı hücumlar barəsində məlumat yayır

Türkiyə Suriya hökumət mövqelərinə miqyaslı hücumlar həyata keçirdi. Türkiyə Müdafiə Nazirliyinin bəyan etdiyinə görə, 2 100-dən artıq hədəf neytrallaşdırılıb. Nazirlik həmçinin İdlibdə məhv edilmiş hədəflərin fotolarını yayır.

“Türkiyə Suriyada rejim hədəflərinin məhv edilməsini davam etdirir”, – idarənin bəyanatında deyilir.

“Anadolu” türk agentliyi qeyd edir ki, Türkiyə hakimiyyəti “neytrallaşdırma” terminindən qətl və ya yaxalama sözünün qeyd edilməsi üçün istifadə edir.

İdlib əyalətində durum, Suriya hökumət qüvvələri aviazərbələri nəticəsində 34 türk hərbçisinin həlak olmasından sonra gərginləşdi.

Şərh yaz