Türkiyə prezidenti Almaniyanın Köln şəhərində Məscidin açılma mərasimində iştirak edəcək
Türkiyə prezidenti Almaniyanın Köln şəhərində Məscidin açılma mərasimində iştirak edəcək

Türkiyə prezidenti Almaniyanın Köln şəhərində məscidin açılmasında iştirak edəcək, – bu barədə məlumatı Deutsche Welle yayır.

Rəcəp Tayyip Erdoğan rəsmi səfərlə Almaniyaya sentyabrın 28-29-da gedəcək və ölkə kansleri ilə görüşəcək.

Medyanın məlumatına görə, iki günlük səfər çərçivəsində, Türkiyə prezidenti Berlin və Kölndə türk diasporası ilə görüşəcək.

Kölndə açılan məscid Avropadaki ən böyük məscidlərdən biridir.

Binanın inşaatı 2009-cu ildə başladı, ancaq inşaatın gedişatı uzun müddət ərzində ləngiyirdi.