Türkiyə Gürcüstandakı Parlament seçkilərinin dinc şəkildə keçirilməsini alqışlayır
Türkiyə Gürcüstandakı Parlament seçkilərinin dinc şəkildə keçirilməsini alqışlayır

Türkiyə Gürcüstandakı Parlament seçkilərinin dinc şəkildə keçirilməsini alqışlayır.

“Biz seçkilərin ölkə miqyası ilə sülh və sakit şəkildə keçirilməsini alqışlayırıq”, – bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bununla yanaşı, bəyanatda deyilir ki, Ankara dost Gürcüstana ən yaxşısını arzulayır və əmindir ki, birgə səylərlə, ikitərəfli əlaqələr hər bir sahədə inkişaf edəcək.