Türkiyə 27 apreldən 17 maya qədər tamamilə bağlanacaq
Türkiyə 27 apreldən 17 maya qədər tamamilə bağlanacaq

Koronavirusun yayılmasının qarşısının alınması məqəsdilə, Türkiyə 27 apreldən 17 maya qədər tamamilə bağlanacaq. Bu barədə Türkiyə prezidenti, Rəcəb tayyib Ərdoğan bəyan etdi.

Türkiyə prezidentinin dediyinə görə, bütün iş yerləri, Daxili İşlər nazirliyinin müəyyən etdiyi yerlərdən başqa, məhdudiyyətlər zamanı fəaliyyətlərini dayandırırlar.

Türkiyə hökumətinin qərarı ilə, bütün şəhərlərarası yolçuluq icazə ilə olacaq, ictimai nəqliyyat isə, 50 faizlik yüklənmə ilə işləyəcək.

Ərdoğan dedi ki, fiziki iştirakla tədris bütün müəssisələrdə, o cümlədən uşaq bağçalarında dayandırılıb və bütün imtahalar təxirə salınır.

“Biz hallarımızın sayını sürətlə azaltmalıyıq və 5 000-dən az olmalıdır. Əks təqdirdə, bütün sahələrdə nəticə qarşısında duracağıq, turizmdən başlamış və təhsillə başa çatmış”, – Türkiyə prezidenti bəyan etdi.

Ötən bir gün ərzində Türkiyədə koronavirusun 37 312 yeni halı qeydə alındı.