Türk mediası məlumatına görə, Sarpi gömrüyündə beş kilometrlik tıxac var

Sarpi gömrüyündə beş kilometr uzunluğunda tıxac var. Bu barədə məlumatı “CNN TURK” yayır.

Jurnalistlərin yaydığı məlumata görə, yük avtomobillərinin sırası Hopa və Kemal Paşa şəhərinə qədərdir.

Türkiyə hakimiyyəti təsdiq edir ki, sıra Gürcüstan tərəfindən prosedurların əngəllənməsinə görə yaranıb.

Medianın məlumatına görə, türk gömrükçüləri həmçinin bəyan edirlər ki, əngəllər Yeni İl və Milad Bayramı ilə əlaqədardır.