Türk gəmisi Aralıq Dənizinin şərqində seysmik tədqiqat aparacaq
Türk gəmisi Aralıq Dənizinin şərqində seysmik tədqiqat aparacaq

“Oruç Reis” türk gəmisi Aralıq Dənizinin şərqində seysmik tədqiqat aparacaq. “Reuters” agentliyinin məlumatına görə, türk gəmisi Yunanıstanın Kostelorizo adasının cənubunda növbəti on gün ərzində tədqiqat missiyasında olacaq, bu isə, güman edildiyinə görə, Yunanıstanla gərginliyi daha da artıracaq.

“Oruç Reis” ilə birlikdə missiyaya həmçinin daha iki, “Ataman” və “Çingiz Xan” türk gəmiləri qoşulacaqlar. Tədqiqat əməliyyatı 22 oktyabra qədər davam edəcək.

Bölgədə karbohidrogenlər resursları ətrafında Türkiyə və Yunanıstan arasında narazılıq var. Keçən həftə Türkiyə və Yunanıstan Xarici İşlər nazirləri görüşdülər və razılaşdılar ki, mübahisə üzrə ikitərəfli danışıqlar baş tutacaq. Ötən ay, Avropa İttifaqı samitindən öncə Ankara “Oruç Reis” gəmisini mübahisəli sulardan çıxardı.