Turində Kazakova-Reviya cütlüyü göstəriş yarışında "Acarulini" yerinə yetirdi (video)

İtaliyanın Turin şəhərində Qran-Prinin yekunlaşdırıcı göstəriş yarışında Mariya Kazakova və Giorgi Reviya cütlüyü milli geyimlə təqdim olundu və “Acarulini” yerinə yetirdi.

Beynəlxalq Fiqurli Konkisürmə İttifaqı (ISU) tərəfindən təşkil olunmuş Qran-Prinin final mərhələsini gürcü cütlüyü mükəmməl yerinə yetirdi, azad proqramda 106,14 xal topladı və ən yaxşı nəticə əldə etdi.