Tsageri rayonunda iki polis bir-birini ölümcül yaraladı
Tsageri rayonunda iki polis bir-birini ölümcül yaraladı

Tsageridə iki polis bir-birini ölümcül yaraladı

Belə bir faktın baş verdiyini prokurorluq Birinci Kanal ilə söhbət zamanı təsdiqlədi.

İstintaq idarəsinin məlumatına görə, Qərbi Gürcüstan prokurorluğunun istintaq bölməsi, faktla bağlı 108-ci maddə ilə istintaq aparır.

Yayılan məlumata görə, Tsageri polisinin hər iki əməkdaşı həyatını itirdi, bir nəfər isə, yaralıdır.

İlkin məlumata görə, polislər Lacana kəndinin Ədliyyə Evinin mühafizəçiləri idilər. Onların arasında münaqişə baş verdi və bir-birinə atəş etdilər.