TRASEKA-nın baş katibi - Gürcüstan Asya və Avropa kəsişməsində yerləşdiyi üçün çox əhəmiyyətli bir ölkədir
TRASEKA-nın baş katibi - Gürcüstan Asya və Avropa kəsişməsində yerləşdiyi üçün çox əhəmiyyətli bir ölkədir

Gürcüstan Asya və Avropa kəsişməsində yerləşdiyi üçün çox əhəmiyyətli bir ölkədir, – bu barədə bəyanatı “Tbilisi İpək Yolu Forumunda” iştirak etmək üçün Gürcüstana gələn, TRASEKA-nın (Avropa-Qafqaz-Asya nəqliyyat dəhlizi) baş katibi Mirça Çiopraqa verdi.

“Forum TRASEKA, Çin və Avropa arasında yaxın əməkdaşlıq üçün çox önəmlidir. Bu forum biznesə də yardım edir. Ölkənin və biznesin inkişafı üçün məhsulların asan tranzitini təmin edir” – dedi TRASEKanın baş katibi.

Tbilisi İpək Yolu forumu iki gün davam edəəck və oktyabrıb 23-də başa çatacaq.

Forumda 60-dan artıq ölkənin 2000-dən artıq deleqatı, onların arasında 30-dan artıq rəsmi nümayəndə heyyəti və 400-ə qədər xarici özəl sektor nümayəndəsi iştirak edəcəklər.

Forumda Özbəkistan və Ermənistanın vitse-premyerləri, digər ölkələrin ticarət, energetika və nəqliyyat nazirləri, diplomatik korpusun və beynəlxalq təşklatların nümayəndələri, beynəlxalq ekspertlər və jurnalistlər iştirak edəcəklər.