Trampın miqrantlara qarşı "Sıfır tolerantıq" siyasəti  müvəqqəti olaraq, dayandırılıb
Trampın miqrantlara qarşı "Sıfır tolerantıq" siyasəti müvəqqəti olaraq, dayandırılıb

ABŞ-da, cari ilin may ayından bugünə qədər, qeyri-leqal miqrantlara qarşı həyata keçirilən “Sıfır tolerantıq” siyasəti müvəqqəti olaraq, dayandırılıb.

Bu barədə rəsmi bəyanatı Texas ştatında ABŞ sərhədinin qorunması və təhlükəsizlik departamentinin rəhbəri Kevin Meklelan verdi.

Qeyd olunan qərarı iyunun 20-də Donald Tramp tərəfindən imzalanan sənəd təsdiqlədi, hansına əsasən, ailələrin bir-birindən ayrı düşmə siyasəti başa çatdı.

İlk başda, Donald Tramp bəyan etdi ki, ailələrin ayrı düşməsi siyasətinin aradana qaldırılmasına rəğmən, sərhəddə qeyri-leqal miqrantların həbs edilməsi davam edəcək, ancaq ABŞ və Meksika sərhədində qeyri-leqalların həbs edilməsi müvəqqəti olaraq, dayandırılıb.

Kevin Maklelanın dediyinə görə, onun departamenti və ABŞ-ın hüquqşünaslar departamenti yeni strategiya üzərində işləyir, hansına əsasən, ABŞ sərhədinin pozulması üçün miqrantların üzərinə elə məsuliyyət qoyulmalıdır ki, nə prezidentin qərarı, nə də uşaqların hüquqları pozulmasın.